“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Hazırda oxunan: “Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

260686

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya çıxıb.Serialda səsləndirilən ehtimallar reallaşacağı təqdirdə, dünyanı çətin günlərin gözlədiyi bildirilir.

Bizim.Media xəbər verir ki, 36 ildir yayımlanan və bu müddətdə bir çox beynəlxalq hadisəni öncədən əks etdirdiyi iddia edilən “Simpsonlar”, bu dəfə də 2025-ci il üçün verdiyi mesajlarla gündəmə gəlib.

Daha əvvəl COVID-19 pandemiyası, 11 sentyabr hücumları və Donald Trampın ABŞ prezidenti seçilməsi kimi hadisələri təxmin etdiyi deyilən serial, yeni kəhanətləri ilə diqqət çəkib.

Serialın bir hissəsində 2025-ci ildə baş verəcək ekoloji fəlakətə toxunulub.

İddialara görə, şirkətlərin səbəb olduğu ciddi çirklənmə nəticəsində insanlar zəhərli mühitdən qorunmaq üçün şəhərlərin üzərinə nəhəng şüşə kübbələr inşa edirlər.

Bu səhnə, ekoloji böhrana qarşı yetərli texnoloji və ictimai hazırlığın olmamasına tənqid kimi dəyərləndirilir. (Sfera.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO