Ucuzlaşma nə vaxta qədər davam edəcək? - VİDEO

Ucuzlaşma nə vaxta qədər davam edəcək? - VİDEO

Hazırda oxunan: Ucuzlaşma nə vaxta qədər davam edəcək? - VİDEO

260620

Azərbaycanda qiymətlərin azalması qeydə alınıb.

Bizim.Media xəbər verir ki, rəsmi statistikaya görə, 2025-ci ilin iyun ayında qiymətlər may ayı ilə müqayisədə 0.4 faiz, o cümlədən qida məhsulları 1.3 faiz ucuzlaşıb.

Elə bundan irəli gələrək 2025-ci ilin yanvar-may aylarında artan illik inflyasiya dinamikasında iyunda azalma müşahidə olunub.

Belə ki, yanvar ayında 5.4 faiz olan illik inflyasiya mayda 6.3 faizə qədər yüksəlsə də, iyunda 6 faizə enib. İqtisadçı Rəşad Həsənov qiymət enməsini qida məhsullarının ucuzlaşması ilə əlaqələndirib:

"Burada əsasən meyvə və tərəvəzin ucuzlaşmasından söhbət gedir. Digər məhsulların qiymətlərində isə hətta artımlar müşahidə olunur".

Ekspert hesab edir ki, ucuzlaşma islahatların nəticəsi deyil və müvəqqəti xarakter daşıyır.

Qeyd edək ki, Mərkəzi Bank 2025-ci ildə illik inflyasiyanın 5.3 faiz olacağını proqnozlaşdırıb.

Qurumun inflyasiya ilə bağlı hədəfi isə 2 faizdən 6 faizə qədərdir.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO