Paşinyan Ermənistanın KTMT-dən çıxacağı vaxtı açıqladı

Paşinyan Ermənistanın KTMT-dən çıxacağı vaxtı açıqladı

Hazırda oxunan: Paşinyan Ermənistanın KTMT-dən çıxacağı vaxtı açıqladı

260479

Nikol Paşinyan komandasında olan bəzi şəxslərə bildirib ki, Ermənistanın gələn ilin fevral ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ehtimalı çox yüksəkdir.

Bizim.Media xatırladır ki, ötən ilin fevralında o, Ermənistanın KTMT-dəki üzvlüyünü dondurduğunu bəyan etmişdi.

Bundan əvvəlki bir neçə ay ərzində müxtəlif hökumət nümayəndələri KTMT-nin öhdəliklərini yerinə yetirmədiyini tənqid edərək, məhz bunun üzvlüyün dondurulmasına səbəb olduğunu demişdilər.

Paşinyanın sözlərinə görə, Ermənistan 2023-cü ilin sentyabrından etibarən KTMT proseslərində iştirakını tamamilə dayandırıb.

KTMT-nin nizamnaməsinə əsasən, əgər hər hansı üzv dövlət iki il ərzində üzvlük haqlarını və büdcədə nəzərdə tutulan xərcləri ödəməzsə, həmin dövlətin təşkilatda qalmasının məqsədəuyğunluğu müzakirə mövzusuna çevrilir.

Paşinyan bunu nəzərdə tutaraq deyib ki, əgər təşkilat özü bizi buraxmasa, biz özümüz çıxmaq barədə düşünəcəyik.

Qeyd edək ki, KTMT-nin büdcəsi iştirakçı dövlətlər arasında bölüşdürülür: onun yarısını Rusiya ödəyir, qalan 50% isə digər beş üzv ölkə arasında bərabər şəkildə bölünür.

İki gün əvvəl keçirdiyi mətbuat konfransında Paşinyan KTMT-dən çıxmağın münasibətlərin “donunu açmaq”dan daha real olduğunu vurğulayıb.

Lakin nəzərə almaq lazımdır ki, KTMT-dən çıxmaqla eyni vaxtda Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv qalmaq mümkün deyil.

Aİİ-dən çıxmaq və Rusiya ilə iqtisadi münasibətləri pozmaq isə Ermənistan üçün iqtisadi fəlakətlə nəticələnə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO