Bakıda təcili yardım maşını tıxacda qaldı – VİDEO

Bakıda təcili yardım maşını tıxacda qaldı – VİDEO

Hazırda oxunan: Bakıda təcili yardım maşını tıxacda qaldı – VİDEO

260389

Ötən gün Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində edilən dəyişiklik sürücülər arasında narahatlığa səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Sürücülər yeni quraşdırılan işıqforun tıxaca səbəb olduğunu, təcili yardım avtomobilinin tıxacda qalaraq keçə bilmədiyini bildiriblər.

Qeyd edək ki, ötən gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakının Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkili üzrə dəyişiklik edib.

Dəyişikliyə əsasən, ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib.

Baku TV-yə istinadən həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO