Goranboyda qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI

Goranboyda qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI

Hazırda oxunan: Goranboyda qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI

260374

Goranboyda ağır qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hyundai” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyda ağır qəza: Ölənlər və yaralananlar var


Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F.Məmmədli hadisə yerində dünyasını dəyişib.

Sürücünün digər nəvələri - 2016-cı il təvəllüdlü Ə.Məmmədli və 2021-ci il təvəllüdlü A.Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax rayon xəstəxanasına çatdırılıb.

Sürücünün qızı, 1990-cı il təvəllüdlü Ayşən Məmmədlinin yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO