Ramana sakininin aldığı çörəyin içindən yad cisim çıxdı – VİDEO

Ramana sakininin aldığı çörəyin içindən yad cisim çıxdı – VİDEO

Hazırda oxunan: Ramana sakininin aldığı çörəyin içindən yad cisim çıxdı – VİDEO

260372

Sabunçu rayonu, Ramana qəsəbə sakini aldığı çörəyin içindən qara, yad cisim çıxdığını iddia edib.

Bizim.Media xəbər verir ki, vətəndaş Hüseyn Hacıyev oxu.az-a bildirib ki, həmin çörəyi Ramana qəsəbəsindəki marketlərdən birində alıb:

"Məhsul Bakıxanov çörək zavoduna məxsus şirkətin istehsalıdır. Çörəyi kəsəndə içindən qara rəngdə, bərk olmayan naməlum cisim çıxdı. Üstəlik, çörəkdən pis qoxu gəlirdi".

Onun sözlərinə görə, bu, ilk dəfə baş vermir və əvvəllər də oxşar hallarla qarşılaşıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, hadisə qurumun Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb:

"Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb".

"İstehlakçılardan xahiş edirik ki, qida məhsulları ilə bağlı uyğunsuzluqla rastlaşdıqda agentliyin "1003" qaynar xəttinə zəng vuraraq və ya "E-Qidam" mobil tətbiqi vasitəsilə məlumat versinlər", - deyə cavabda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO