İstanbul Hava Limanı 1-ci oldu

İstanbul Hava Limanı 1-ci oldu

Hazırda oxunan: İstanbul Hava Limanı 1-ci oldu

260351

Dünyanın aparıcı səyahət jurnallarından biri olan Travel and Leisure bu il də dünyanın ən yaxşı hava limanlarını müəyyənləşdirib. Türkiyənin dünyaya açılan qapısı olan İstanbul Hava Limanı, bu il Sinqapur Changi, Qətər Hamad Beynəlxalq, Dubay Beynəlxalq və Honq Konq Beynəlxalq hava limanlarını geridə qoyaraq birinci olub.

Bu barədə Bizim.Media CNN Türk-ə istinadən xəbər verir.

Hər ay təxminən 16 milyondan çox oxucuya çatan Travel and Leisure jurnalının mükafatlandırma mərasimi jurnalın mərkəzi olan ABŞ-ın Nyu-York şəhərində təşkil edilib. İstanbul Hava Limanına verilən mükafatı, jurnalın Baş Redaktoru Jacqueline Gifford, hava limanının operatoru olan İGA-nın Korporativ Əlaqələr Direktoru Gökhan Şengülə təqdim edib.

“Böyük Qürur Duyuruq”

Mərasimdə çıxış edən Şengül bildirib:

“İGA İstanbul Hava Limanı olaraq təqdim etdiyimiz xidmətlərin yalnız əməliyyat baxımından deyil, eyni zamanda mədəniyyət baxımından da dəyərləndirilməsi bizə böyük sevinc bəxş edir.

Türk mədəniyyətinin – qonaqpərvərliyi, zərifliyi və dünya standartlarını aşan xidmət anlayışı ilə önə çıxması bizim üçün son dərəcə dəyərlidir. Bu sayədə təkcə İGA-nı deyil, eyni zamanda İstanbul şəhərini və ölkəmizin zəngin mədəni irsini beynəlxalq aləmdə təmsil edə bilməkdən və marka dəyərinə töhfə verməkdən böyük qürur duyuruq.”

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO