Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların birinci sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, iyulun 17-si saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunub.
Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər.
Qeyd edək ki, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:41 / 17.07.2025
Rus bölməsi üzrə 1-ci sinfə məktəb seçiminə başlanıldı
Hazırda oxunan: Rus bölməsi üzrə 1-ci sinfə məktəb seçiminə başlanıldı
Hazırda oxunan: Rus bölməsi üzrə 1-ci sinfə məktəb seçiminə başlanıldı
260334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.