Gəncədə yellənçəkdən yıxılan qız xəstəxanalıq oldu

Gəncədə yellənçəkdən yıxılan qız xəstəxanalıq oldu

Hazırda oxunan: Gəncədə yellənçəkdən yıxılan qız xəstəxanalıq oldu

260303

Gəncədə bədbəxt hadisə baş verib, nəticədə yeddi yaşlı uşaq xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Bayraq Meydanı adlanan istirahət parkında 2018-ci il təvəllüdlü A.Əliyeva yellənçəkdən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Azyaşlıya lazımı tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO