Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Hazırda oxunan: Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

260291

Gündəlik qəhvə istehlakı qadınların sağlam qocalmasına kömək edir.

Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri bu il Amerikan Bəslənmə Cəmiyyətinin Orlandoda keçirilən illik toplantısında təqdim olunub.

Elm adamları təxminən 47 min qadının son 30 ilə aid məlumatlarını təhlil edərək bu qənaətə gəliblər.

ABŞ-ın nüfuzlu Harvard Universitetində aparılan yeni araşdırma, gündəlik qəhvə istehlakının qadınların sağlam yaşlanmasına müsbət təsir göstərdiyini ortaya çıxarıb. Tədqiqat nəticələrinə görə, xüsusilə orta yaşlı qadınlar gündə 2,5 fincana qədər qəhvə istehlak etdikdə, bu onların ürək-damar xəstəlikləri riskini azaltmağa və 2-ci tip şəkərli diabetin qarşısını almağa kömək edir.

"Sağlam yaşlanma" anlayışı, ciddi xroniki xəstəliklər və fiziki, psixoloji və ya idrak məhdudiyyətləri olmadan ən azı 70 yaşa qədər yaşamaq kimi müəyyənləşdirilib.

Mütəxəssislər, qəhvənin tərkibindəki antioksidantların və digər faydalı maddələrin bu müsbət təsirlərə səbəb ola biləcəyini bildirir. Bununla belə, qəhvənin miqdarına diqqət etmək və fərdi sağlamlıq vəziyyətinə uyğun istehlak etmək tövsiyə olunur. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO