Lamin Yamalın "Barselona"nın heyətində növbəti mövsümdə geyinəcəyi formanın nömrəsi bəlli olub.
Bizim.Media xəbər verir ki, gənc ulduz 10 nömrəli maykada çıxış edəcək.
Ansu Fatinin "Monako" keçidindən sonra Yamal bu şansı əldə edib. Lamin həm də Lionel Messinin "Barsa"da keçdiyi yolu davam etdirib. O, argentinalı ulduz kimi əvvəlcə 19 nömrəli formanı geyinib, sonra 10 nömrəyə layiq görülüb.
Qeyd edək ki, Messi 2008-2021-ci illərdə "Barsa"nın 10 nömrəsi olub. Yamal 2024/2025 mövsümündə komandanın heyətində 55 matçda 18 qol və 25 ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:28 / 17.07.2025
Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu
Hazırda oxunan: Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu
Hazırda oxunan: Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu
260286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.