Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

Hazırda oxunan: Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

260212

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan bir daha Zəngəzur dəhlizindən danışdı: “Bu termindən gərək təşvişə düşməyək”


“Bəli, mən 2022-ci ildə Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Amma bu qərar çox daha əvvəl verilməli idi. Təəssüf ki, bu məsələ ilə bağlı gecikdik və bu, həm Ermənistan, həm də bölgə üçün ciddi nəticələr doğurdu.”


Paşinyanın bu etirafı, onun sülh prosesində son dönəmlərdə atdığı addımların məntiqi davamı kimi qiymətləndirilir.

O, bir tərəfdən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmən qəbul etdiyini xatırladır, digər tərəfdən isə bu mövqeyin vaxtında qəbul edilməməsinin yaratdığı siyasi və humanitar fəsadlara işarə edir. Bu açıqlama Ermənistan cəmiyyətində və siyasi dairələrdə ciddi rezonans doğura bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO