“Piyada vurulmalarında günahı təkcə piyadada görmək düzgün deyil” – AYNA rəsmisi

“Piyada vurulmalarında günahı təkcə piyadada görmək düzgün deyil” – AYNA rəsmisi

Hazırda oxunan: “Piyada vurulmalarında günahı təkcə piyadada görmək düzgün deyil” – AYNA rəsmisi

260172

"Piyadalar və velosipedçilərə münasibətdə infrastruktur layihələrinə önəm verilməlidir və bu mərhələdə Təbriz küçəsində pilot layihə həyata keçirilir"

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin rəhbəri Tərlan Səfərov “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

O, bildirib ki, ictimai avtobus parkının yenilənməsi ilə yanaşı bəzi küçələr piyadalaşdırılır:

"İslam Səfərli küçəsi passiv parklanma yeri kimi istifadə olunur. Həmin küçə Bakıda ən çox tarixi binaların olduğu küçədir. Məqsəd bu küçəni əsasən piyadalaşdırmaqdır. Amma tranzit küçə kimi də yol saxlanılacaq",

Qurum rəsmisi qeyd edib ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində piyada günahkar kimi göstərilir:

"Bu düzgün, ədalətli yanaşma deyil. Baxmaq lazımdır ki, piyadanı bu addımı atmağa nə vadar edib".


Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO