“Turan Tovuz” stadion problemi ilə üzləşib - Klubdan açıqlama

“Turan Tovuz” stadion problemi ilə üzləşib - Klubdan açıqlama

Hazırda oxunan: “Turan Tovuz” stadion problemi ilə üzləşib - Klubdan açıqlama

260132

“Turan Tovuz” klubu yeni mövsüm öncəsi stadion problemi ilə üzləşib.

Bizim.Media xəbər verir ki, komanda rəhbərliyi Tovuz şəhər stadionunun süni ot örtüyünü təbii qazonla əvəzləmək istədiyi üçün bir müddət ev oyunlarını başqa arenalarda keçirməlidir.
 

Məhz bu səbəbdən də rəhbərlik hazırda boş arena axtarır. Ancaq hələ ki, axtarışlar nəticəsini vermir.


Məsələ ilə əlaqədar klubla əlaqə saxladıq. Komandanın mətbuat katibi Süleyman Tağıyev stadion axtarışlarının davam etdiyini bildirdi: 

“Tovuz şəhər stadionunda yenidənqurma işlərinə görə bir müddət başqa arenada oynamalıyıq. Bunun üçün də rəhbərlik danışıqları davam erdirir. Variantları nəzərdən keçiririk. Çempionatın təqviminindən çox şey asılı olacaq. Yaxın günlərdə hər şey dəqiqləşəcək. Tovuz şəhər stadionunda yenidənqurma işlərinə gəlincə yaxın günlərdə ot örtüyünün dəyişdirilməsi prosesinə start verilməlidir”.
 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO