Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş KEÇİRİLDİ - FOTO

Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş KEÇİRİLDİ - FOTO

260109

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Türk Ticarət Mərkəzinin vasitəçiliyi ilə Azərbaycanda işgüzar səfərdə olan bir qrup iş adamı ilə görüş keçirilib.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Türkiyədə tekstil, inşaat, İKT, istehsal (mebel, lift, qida), o cümlədən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilən görüş zamanı ölkəmizdə investisiya qoyuluşlarının dəstəklənməsi sahəsində vergi və gömrük inzibatçılığına dair məsələlər müzakirə edilib.
 

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes nümayəndələrinin vergi qanunvericiliyinə dair suallarını cavablandırıb işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə tətbiq edilən vergi güzəştləri, o cümlədən digər sahələr üzrə təşviqlər barədə görüş iştirakçılarını məlumatlandırıb.


Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu təqdimat keçirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO