“Neftçi” növbəti transferini AÇIQLADI

“Neftçi” növbəti transferini AÇIQLADI

Hazırda oxunan: “Neftçi” növbəti transferini AÇIQLADI

260080

"Neftçi" daha bir keçidi rəsmiləşdirib.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" Venesuela millisinin üzvü Freddi Varqasla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi 26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb.

26 yaşlı futbolçu 2025/26 mövsümündə “ağ-qaralar”ın formasını geyinəcək. Varqas Venesuela millisində 3 oyuna çıxıb. O, karyerası ərzində "Deportivo Lara", "Dallas", "Nort Texas", "Metropolitanos", "Makkabi Bney Reyneh" klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO