Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Sumqayıt şəhərində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.
Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb.
Sumqayıt şəhərində insanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:30 / 15.07.2025
Sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olundu - FOTO/VİDEO
Hazırda oxunan: Sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olundu - FOTO/VİDEO
Hazırda oxunan: Sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olundu - FOTO/VİDEO
260075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.