Gürcüstan Rusiyanın deportasiya etdiyi ukraynalıları ölkəyə BURAXMIR

Gürcüstan Rusiyanın deportasiya etdiyi ukraynalıları ölkəyə BURAXMIR

Hazırda oxunan: Gürcüstan Rusiyanın deportasiya etdiyi ukraynalıları ölkəyə BURAXMIR

260071

Gürcüstan Rusiya tərəfindən deportasiya olunan 80 Ukrayna vətəndaşını ölkəyə buraxmaqdan imtina edir.

Bizim.Media xəbər verir ki, həmin şəxslər iyunun ikinci yarısından bəri Rusiya ilə sərhəddə yerləşən "Yuxarı Lars" keçid məntəqəsində saxlanılırlar.

Onlara yardım göstərən könüllülər bildirirlər ki, həmin şəxslər antisanitar şəraitdə yaşayırlar.

Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze "Imedi" telekanalına açıqlamasında deyib ki, sözügedən Ukrayna vətəndaşları cinayətkarlardır və ağır, xüsusilə ağır cinayətlərə görə cəza çəkiblər. Bundan əlavə, onların heç bir sənədi yoxdur və bu şəxsləri Gürcüstan ərazisinə buraxmaq böyük riskdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO