Sabirabadın 21 kəndi qazsız qalacaq

Sabirabadın 21 kəndi qazsız qalacaq

Hazırda oxunan: Sabirabadın 21 kəndi qazsız qalacaq

260042

Sabirabadın bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm olan "Nərimankənd-Ulacalı" ortatəzyiqli yeraltı qaz kəmərində və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 16.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 21 kəndində - Nərimankənd, Qaratəpə, Yastıqobu, Əhmədabad, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 9 638 abonent) "Nərimankənd" QPS-dən qidalanan "Nərimankənd" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO