İsti hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

İsti hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Hazırda oxunan: İsti hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

259996

"Hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb".

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı sürücülərə müraciəti zamanı bildirib:

"Məlumdur ki, isti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır ki, bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərdə özünü daha tez büruzə verir.
 

Baş Dövlət Yol Polisi İdarəsi belə halların sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən bir-iki saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırır.


Unutmayaq: Təhlükəsizliyimizə diqqət həyatımıza verdiyimiz dəyərdir!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO