Medvedev: “Trampın ultimatumu Rusiya üçün heç bir əhəmiyyət daşımır”

Medvedev: “Trampın ultimatumu Rusiya üçün heç bir əhəmiyyət daşımır”

Hazırda oxunan: Medvedev: “Trampın ultimatumu Rusiya üçün heç bir əhəmiyyət daşımır”

259973

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın son bəyanatlarını şərh edərək bildirib ki, Rusiya Trampın Kremlə yönəlik "dekorativ ultimatumu"na ümumiyyətlə diqqət yetirməyib.

Bizim.Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.

“Tramp Kremlə teatr səhnəsi kimi ultimatum irəli sürdü. Dünya, guya, nəticələri gözləyərək titrədi. Müharibə əhval-ruhiyyəsində olan Avropa isə nəticədə məyus oldu”, – deyə Medvedev ironik şəkildə qeyd edib.

Siyasətçi əlavə edib ki, bu ultimatum Rusiya üçün heç bir əhəmiyyət daşımır və onu narahat etmir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl bəyan etmişdi: əgər Moskva və Vaşinqton Ukrayna məsələsində qarşıdakı 50 gün ərzində razılığa gəlməsə, o zaman ABŞ Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik idxal rüsumları tətbiq edəcək.


Medvedev bundan əvvəl də Trampın Ukrayna münaqişəsini nizamlaması ilə bağlı uğur qazanacağına şübhə etdiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO