Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ - VİDEO

Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ - VİDEO

Hazırda oxunan: Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ - VİDEO

259928

Sosial şəbəkələrdə Sumqayıt şəhərində bir motosiklet sürücünün idarə etdiyi nəqliyyat vasitəsi ilə dövlət qeydiyyat nişanları olmadan təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna dair görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
 

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə motoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan sürücü Abbasov Kamil Kamal oğlu müəyyən edilərək saxlanılıb.


Onun barəsində inzibati protokol tərtib olunub və məhkəmənin qərarı ilə sürücü K.Abbasov 15 sutka inzibati qaydada həbs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO