“Bir həftədir gecələr su yoxdur” – Nərimanov sakinləri narazılıq edir

“Bir həftədir gecələr su yoxdur” – Nərimanov sakinləri narazılıq edir

Hazırda oxunan: “Bir həftədir gecələr su yoxdur” – Nərimanov sakinləri narazılıq edir

259882

Nəriman Nərimanov rayonu Faiq Yusifov küçəsinin bir hissəsində yaşayan vətəndaşlar susuzluqdan əziyyət çəkirlər.

Bununla bağlı Bizim.Media-ya müraciət edən sakinlər Faiq Yusifov 2A ünvanında bir həftəyə yaxındır gecələr suyun kəsildiyini bildiriblər.

Dediklərinə görə əvvəllər həmin ərazidə su kəsilməyib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya bildirilib ki, yaranan fasilə təzyiqlə bağlı olub:

“Hazırda məsələ həll olunub. Xətt öz axımınə rejimlə həyata keçirir. Əvvəlki formada suyun gəlməsi üçün bir az vaxt tələb olunur və yaxın günlərdə bu vəziyyət düzələcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO