"Formula-1": Bakı trası yenidən dünya səhnəsində - FOTO

"Formula-1": Bakı trası yenidən dünya səhnəsində - FOTO

Hazırda oxunan: "Formula-1": Bakı trası yenidən dünya səhnəsində - FOTO

259847

Sentyabrın 19-21-də Bakı növbəti dəfə dünya miqyaslı idman tədbirinə ev sahibliyi edəcək.

Bizim.Media xəbər verir ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi bu il də avtoidman həvəskarlarının diqqət mərkəzində olacaq.

"Formula-1" təqvimindəki mərhələlər arasında Azərbaycan Qran-prisi unikal xüsusiyyətləri ilə seçilir. Yüksək səviyyədə təşkilatçılıq bu mərhələni təqvimin seçilən yarışlardan birinə çevirir.

Niyə fanatlar Azərbaycan Qran-Prisini seçir?
 

Bakı şəhər trası "Formula-1" üzrə dünya çempionatının azsaylı traslarından biridir ki, marşrutun bir hissəsi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin yaxınlığından keçir. Digər tərəfdə isə müasir memarlıq nümunələri və Xəzər sahili yerləşir. Bu coğrafi və vizual özəllik Bakı trasını digərlərindən fərqləndirir.


Yarışın özü qədər - nəticəsi də gözlənilməzdir

Azərbaycan Qran-prisi son illərdə nəticələrin öncədən proqnozlaşdırıla bilmədiyi mərhələlərdən biri kimi tanınır. Bu yarışda qaliblər tez-tez dəyişir ki, bu da onu azarkeşlər üçün daha maraqlı və cəlbedici edir.

Sürətin zirvəsi - şəhər trası olsa da, düzlüklərdə sürət 350 kilometr/saatdır

Bakı trası şəhər trasları arasında ən yüksək sürətə malikdir. Yarış zamanı bəzi düzlüklərdə avtomobillər 350 kilometr/saat sürət həddinə çatır. Hər döngə strategiyadır. Bir sözlə, hər saniyə nəticəni dəyişə bilər.

Yarışla bərabər festival atmosferi

Yarışla yanaşı, şəhər boyu təşkil olunan fan-zonalar, musiqi proqramları və ictimai tədbirlər Azərbaycan Qran-prisini, eyni zamanda, əyləncə və mədəniyyət platformasına çevirir. Bu amil yarış həftəsini ölkə vətəndaşları və turistlər üçün daha cəlbedici edir.

"Formula-1" vasitəsilə Azərbaycan qlobal media səhnəsində
 

Yarış dünyanın 180-dən çox ölkəsində canlı yayımlanır. Hər il milyonlarla tamaşaçı Bakının siması, turizm imkanları və müasir infrastrukturu ilə tanış olur. Bu sürət yarışı, həmçinin ölkənin beynəlxalq imicinin formalaşmasına mühüm töhfə verir.


Regionda liderlik: Cənubi Qafqazda yeganə "Formula-1" mərhələsi

Azərbaycan Qran-prisi təkcə ölkə üçün deyil, bütün region üçün strateji hadisədir. Bu, region ölkələri üçün də idman baxımından əhəmiyyətli hadisəyə çevrilib. Minlərlə azarkeş məhz bu yarış vasitəsilə "Formula-1"i birbaşa izləmək imkanı əldə edir.

Ölkə brendinə çevrilmiş beynəlxalq tədbir

"Formula-1" Azərbaycan Qran-prisi təkcə idman yarışı deyil, həm də ölkənin brendinə çevrilmiş beynəlxalq idman və mədəniyyət platformasıdır. Bu tədbir həm turizm, həm iqtisadiyyat, həm də beynəlxalq əlaqələrin inkişafı baxımından önəm kəsb edir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO