"BakuBus" minik maşını ilə toqquşdu - FOTO

"BakuBus" minik maşını ilə toqquşdu - FOTO

Hazırda oxunan: "BakuBus" minik maşını ilə toqquşdu - FOTO

259664

Bakıda "BakuBus" avtobusu minik avtomobili ilə toqquşub.

Bizim.Media xəbər verir ki. bu barədə "BakuBus"dan bildirilib.

Belə ki, iyulun 12-də, saat 23 radələrində "BakuBus" MMC-nin balansında olan və 60 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan, 77-JV-593 dövlət qeydiyyat nişanlı markalı avtobusla minik avtomobili arasında yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Zığ-Suraxanı şosesi istiqamətində qeydə alınıb.

"Qeyd edək ki, hadisə avtobusun marşrut xətti üzrə hərəkətini tamamlayaraq depoya qayıtdığı zaman baş verib. İlkin məlumata əsasən, minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəfil şəkildə avtobusun qarşısına çıxıb və nəticədə toqquşma baş verib. Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda araşdırma aparılır", - məlumatda deyilir. (Milli.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO