Finlandiya prezidenti Putini “strateji axmaq” adlandırdı

Finlandiya prezidenti Putini “strateji axmaq” adlandırdı

Hazırda oxunan: Finlandiya prezidenti Putini “strateji axmaq” adlandırdı

259641

"Putin strateji axmaq və uğursuz hərbçidir".

Bizim.Media xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb Avstraliyanın “The Sydney Morning Herald” nəşrinə verdiyi müsahibədə deyib.

"Bu il o, Ukrayna ərazisinin cəmi 0,25%-ni 1 kilometr üçün 167 əsgər itkisi ilə ələ keçirdi. Bu, yüksək dərəcədə böyük itkidir", – deyə Stubb vurğulayıb.

O, Ukrayna ilə müharibəni "müasir tarixdə ən böyük taktiki və strateji səhv" adlandırıb:

“Putin Ukraynanı susdurmaq istəyirdi, amma nəticədə Ukrayna Aİ-yə, sonda isə NATO-ya üzv olacaq. Kremlin sahibi NATO-nu dağıtmaq istəyirdi. Nə oldu? Finlandiyanın alyansa qoşulmasından sonra NATO ilə sərhədini iki dəfə artırdı. O, transatlantik tərəfdaşlığı dağıtmaq istəyirdi. Nə oldu? Hamımız birlikdə xərclərimizi ÜDM-in 5%-nə qədər artırırıq. O, Aİ-ni parçalamaq istəyirdi. Mən Aİ-nin heç vaxt bu qədər birləşmiş olduğunu görməmişdim. Putin bütün istiqamətlərdə iflasa uğrayıb".

Stubb əlavə edib ki, hazırda Rusiya Çin qarşısında vassal mövqeyində olan "Qlobal Şərq"ə daxildir və "Çin istəsə, bir barmaq şıqqıltısı ilə Rusiyaya təsir edə bilər".

Stubbun 1 kvadrat kilometrə görə 167 rus hərbçisinin itkisi ilə bağlı rəqəmləri Ukrayna Prezident Aparatının rəhbərinin müavini Pavel Palisanın verdiyi son açıqlamalara əsaslanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO