"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında "Neşvill"ə qarşı ev oyununda dubl edib.
Bizim.Media xəbər verir ki, Messi MLS-də ardıcıl 5-ci matçda iki qol vurub.
O, bu göstərici üzrə turnirin rekordunu müəyyən edib.
Ümumilikdə isə Messi turnirdə ardıcıl 6-cı oyundur fərqlənir.
MLS tarixində buna yalnız 2018-ci ildə "Atlanta"da çıxış edən venesuelalı hücumçusu Xosef Martinez nail olub.
Messinin cari MLS mövsümündə 16 oyunda 16 qolu var. O, bombardirlər siyahısında "Neşvill"in ingilis hücumçusu Sem Sörric ilə birlikdə birinci yeri bölüşür.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:08 / 13.07.2025
Messi yenə dubl etdi - VİDEO
Hazırda oxunan: Messi yenə dubl etdi - VİDEO
Hazırda oxunan: Messi yenə dubl etdi - VİDEO
259625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.