Yevlaxda ailə faciəsinin TƏFƏRRÜATI - Söyüş, 7 bıçaq...

Yevlaxda ailə faciəsinin TƏFƏRRÜATI - Söyüş, 7 bıçaq...

Hazırda oxunan: Yevlaxda ailə faciəsinin TƏFƏRRÜATI - Söyüş, 7 bıçaq...

259619

Dünən Yevlaxda qardaş qardaşı bıçaqlayaraq həyatına son qoyub.  

Qətl ilə bağlı  bəzi təfərrüatları  rayon sakinləri Bizim.Media-ya danışıblar.  Onların sözlərinə görə, qətl rayonun N. Tusi küçəsində baş verib. 

Belə ki, 41 yaşlı Orxan Şikar oğlu Səmədov ögey qardaşı 34 yaşlı Süleyman Vidadi oğlu Əzizovu söyüş üstündə bıçaqlayıb. 

O. Səmədov əqli qüsurlu olduğundan tez-tez  küçədən keçən sakinləri söyürmüş. Bu da orada yaşayan sakinlərin narazılığına səbəb olub.  Dünən də eyni halla qarşılaşan Vidadi Əzizov qardaşına xəbərdarlıq edir. Bu zaman onların arasında mübahisə baş verib. Mübahisə sonda ölümlə nəticələnib.  Beləliklə S.  Əzizov qardaşı O. Səmədova yeddi bıçaq zərbəsi endirib. Mərhum hadisə yerindəcə dünyasını dəyişib.  

Onu da qeyd edək ki,  qardaşlar əslən  rayonun Yuxarı Qarxun kənd sakinləridirlər.


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO