"Mançester Yunayted"də CİDDİ İTKİ

"Mançester Yunayted"də CİDDİ İTKİ

Hazırda oxunan: "Mançester Yunayted"də CİDDİ İTKİ

259584

"Mançester Yunayted"in qapıçısı Andre Onana ciddi zədə alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

29 yaşlı futbolçu komandanın yay təlim-məşq toplanışı zamanı dizaltı vətərində problem yaşayıb və bu səbəbdən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Mançester təmsilçisi bu vəziyyət fonunda yeni qapıçı transferini gündəmə gətirib. Klubun rəhbərliyi bazarda alternativ variantlar üzərində işləyir.

Qeyd edək ki, Onana ötən mövsüm “Mançester Yunayted”in heyətində 50 oyuna çıxıb, bu matçların 11-də qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO