İsmayıllıda 40 yaşlı qadın İTKİN düşüb

İsmayıllıda 40 yaşlı qadın İTKİN düşüb

Hazırda oxunan: İsmayıllıda 40 yaşlı qadın İTKİN düşüb

259548

İsmayıllıda 40 yaşlı qadın itkin düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub.
Onun əlamətləri: boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.

Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89  şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO