Abşeronda DƏHŞƏT - Dönərçi bıçaqlanıb

Abşeronda DƏHŞƏT - Dönərçi bıçaqlanıb

Hazırda oxunan: Abşeronda DƏHŞƏT - Dönərçi bıçaqlanıb

259545

Abşeron rayonunda dönərçi bıçaqlanıb.

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şəfəq qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Bəhram Məmmədov içkili vəziyyətdə həmin qəsəbədə "Dadım Dönər"adlı dönərxananın yanından keçərkən dostları ilə zarafatlaşıb. Dostlarından biri Bəhramı itələyib və Bəhram müvazinətini itirib dönərxananın şüşə qapısına dəyib. Həmin vaxt dönərxanada işləyən Həsən çölə çıxaraq onu təhqir edib. Nəticədə Bəhramla Həsən arasında mübahisə yaranıb və onlar söhbəti davam etdirmək üçün qəsəbə ərazisindəki su kanalının kənarına gedib. Orada Həsən Bəhramı yumruqla vurub yıxıb. Ayağa qalxan Bəhram üstündə gəzdirdiyi bıçaqla Həsənə qarın nahiyəsindən zərbə endirib.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il 6 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO