Çimərlikdə günəşlənən ukraynalı qadın dron hücumuna məruz qaldı – ANBAAN VİDEO

Çimərlikdə günəşlənən ukraynalı qadın dron hücumuna məruz qaldı – ANBAAN VİDEO

Hazırda oxunan: Çimərlikdə günəşlənən ukraynalı qadın dron hücumuna məruz qaldı – ANBAAN VİDEO

259422

Odessa sahilində istirahət edən sakinlərdən biri mobil telefonu ilə çəkdiyi görüntülərdə maraqlı, eyni zamanda dramatik mənzərəni əks etdirib.

Bizim.Media xəbər verir ki, videoda bir qadının Qara dəniz sahilində, plajda günəşləndiyi anlar görünür.

Elə həmin vaxt Ukraynanın hava hücumundan müdafiə sistemləri işə düşür və şəhərə hücum edən dronlara atəş açılır.
 

Bu kadrlar Ukraynada həyatın necə ziddiyyətli mənzərə yaratdığını açıq şəkildə göstərir: bir tərəfdə insanlar normal həyatlarını davam etdirməyə, istirahət etməyə çalışır, digər tərəfdə isə səmada dronlar dolaşır və raketlər atılır.


Rəsmi məlumata görə, gün ərzində Odessa şəhərinə edilən hücumlar nəticəsində ən azı 8 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib və onlara tibbi yardım göstərilir. Hücumlar zamanı yaşayış və inzibati binalar, avtomobillər və hətta bir at tövləsi də zədələnib. (Musavat.com)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO