Çeçen xalqının qurultayı keçirilir – Kadırov haqda nə dedilər? - TƏFƏRRÜAT

Çeçen xalqının qurultayı keçirilir – Kadırov haqda nə dedilər? - TƏFƏRRÜAT

Hazırda oxunan: Çeçen xalqının qurultayı keçirilir – Kadırov haqda nə dedilər? - TƏFƏRRÜAT

25940

Bu gün Çeçen Xalqının Ümumdünya qurultayına start verilib. İştirakçılar duyğusal olaraq Ramzan Kadırovdan sentyabr ayında keçiriləcək respublika başçısı seçkisinə namizəd göstərilməsini istəyib. Konqres iştirakçılarından biri hətta belə deyib: "Qardaşım Kadırova qarşı çıxsa, onunla mübarizə aparmağa hazıram”. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “mk.ru” saytında yer alıb. 

Mənbə yazır ki, qurultaya Fransa, Türkiyə, Ukrayna və Almaniya daxil olmaqla dünyanın 23 ölkəsindən nümayəndələr qatılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ramazan Kadırova “şeytan” deyən yeniyetmə tapıldı, atası üzr istədi - VİDEO


“Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov atasının yolunu davam etdirir, yalnız bölgədə deyil, onun xaricində də yaşayan çeçenlərə dəstək verir. Hətta qardaşım da Ramzan Kadırova qarşı çıxsa, onunla mübarizə aparmağa hazıram.

Vətənlərinin hüdudlarından kənarda yaşayan insanlar mədəniyyətlərini və şəxsiyyətlərini itirirlər, buna imkan vermək istəmiriksə, Ramzan Kadırovun Çeçenistan Respublikasının başçısı olaraq qalması üçün hər şeyi etməliyik”. Türkiyədəki Çeçen diasporunun nümayəndəsi Ayxan Erguven belə deyib. 

Fransa Çeçenistan Alyansının vitse-prezidenti Əli Bajaev qeyd edib ki, Kadırov namizədliyini xalqa təqdim etmək məcburiyyətindədir. 

“Bölgəmizi onun rəhbərliyi olmadan təsəvvür edə bilmirəm. Ramzan Axmatoviç Çeçenistan Respublikasının başçısı vəzifəsinə yeganə namizəddir”. Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov vurğulayıb. 

Kadırov bir müddət öncə ictimai rəyi öyrənmək və sonra seçkilərə qatılmaq qərarına gəlmək niyyətində olduğunu demişdi: “Əhalinin bir neçə faizi əleyhimə çıxsa, seçkiyə getməyəcəyəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO