Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu – FOTO

Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu – FOTO

Hazırda oxunan: Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu – FOTO

259383

Veysəloğlu Şirkətlər Qrupu tərəfindən elan olunmuş “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində həyata keçirilən silsilə tədbirlərə 10 iyul tarixində təşkil olunmuş  təntənəli bağlanış ilə yekun vurulub.

Bizim.Media xəbər verir ki, tədbirdə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq standartları uğurla tətbiq edən tərəfdaş müəssisələrin rəhbərləri, Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin professor-müəllim heyəti, “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində yaxından əməkdaşlıq edilən assosiasiyaların rəhbərləri, şirkət əməkdaşları və digər qonaqlar iştirak ediblər.
 

Bildirilib ki, bir ay ərzində keçirilmiş genişmiqyaslı tədbirlər vasitəsilə qida təhlükəsizliyi mədəniyyətinin daha da gücləndirilməsi və bu sahədə cəmiyyətə açıq mesaj verilməsi əsas məqsəd kimi müəyyənləşdirilib.


Tədbirdə qeyd olunub ki, “Qida Təhlükəsizliyi Ayı” ərzində təşkil olunmuş fəaliyyətlər çərçivəsində praktiki təlimlər, maarifləndirmə kampaniyaları, partnyorlarla birgə təşəbbüslər, eləcə də korporativ və ictimai kommunikasiyalar həyata keçirilib.

Hər mərhələdə qida təhlükəsizliyinə sistemli və uzunmüddətli yanaşmanın tətbiq olunduğu vurğulanıb.

Qida Təhlükəsizliyi Ayının yekunlarına həsr olunmuş tədbirdə yayımlanan videoçarx vasitəsilə görülən işlər ictimaiyyətə təqdim olunub. Videoçarxda həm əməkdaşların iştirakı, həm tərəfdaş şirkətlərin dəstəyi, həm də qida təhlükəsizliyinə verilən strateji önəm əksini tapıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru cənab Aydın Talıbov layihəni yüksək qiymətləndirərək vurğulayıb ki, qida təhlükəsizliyi təkcə texniki məsələ deyil – bu, şirkətin strateji prioriteti və eyni zamanda dərin etik dəyəridir. “Bu məsuliyyət həm də  bizim vicdani öhdəliyimizdir,” – deyə o qeyd edib.
 

Tədbirin yekununda qida təhlükəsizliyi sahəsində göstərdiyi nümunəvi fəaliyyətə görə fərqlənmiş əməkdaşlar və tərəfdaş təşkilatlar təltif olunublar. Bildirilib ki, onların fəallığı və məsuliyyətli yanaşması bu təşəbbüsün uğurlu icrasına əhəmiyyətli töhfə verib.


Veysəloğlu Şirkətlər Qrupu olaraq inanırıq ki, belə  təşəbbüslər  gələcəkdə daha genişmiqyaslı proqramların əsasını qoyacaq və cəmiyyətin rifahına xidmət edən yanaşmalarla davam etdiriləcək.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO