Naxçıvanın küçələri niyə zülmətə BÜRÜNÜB? – İcra hakimiyyətindən AÇIQLAMA

Naxçıvanın küçələri niyə zülmətə BÜRÜNÜB? – İcra hakimiyyətindən AÇIQLAMA

Hazırda oxunan: Naxçıvanın küçələri niyə zülmətə BÜRÜNÜB? – İcra hakimiyyətindən AÇIQLAMA

259370

Naxçıvan şəhərinin bir sıra küçə və döngələrində gecə saatlarında  işıqlandırmanın olmaması sakinlərin narazılığına səbəb olub. Xüsusilə H.Əliyev prospekti, İstiqlal, Nizami Gəncəvi  və Əziz Əliyev küçələrinin qaranlığa qərq olması vətəndaşları narahat etməyə başlayıb. Onlar bu vəziyyətin həm nəqliyyatın hərəkətinə, həm də piyadaların təhlükəsizliyinə ciddi təsir etdiyini bildirirlər.

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2024-cü ilin son rübündə küçələrin işıqlandırılması ilə bağlı müvafiq tədbirlər görülüb:
 

“Belə ki, yol işıq dirəkləri və onların başlıqları ilə bağlı tender elan olunub. Qanunvericiliyin tələbinə əsasən, tenderin nəticələri Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təsdiq edildikdən sonra satınalma müqaviləsi imzalanıb”, - deyə bildirilib.


Eyni zamanda qeyd edilib ki, yaxın zamanda yeni küçələrin işıqlandırılması nəzərdə tutulur:

“Hazırda şəhər ərazisində ümumilikdə 650 ədəd yol işıq dirəyi və 300 ədəd işıqlandırma başlığı alınıb. Onların köhnələri ilə əvəzlənməsi nəzərdə tutulur. İşıqlandırma olmayan küçə və döngələrdə yeni yol işıq dirəklərinin quraşdırılması da planlaşdırılır. Bu istiqamətdə layihələndirmə işləri aparılır”, - deyə sözügedən vəziyyətlə bağlı bildirilib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO