Türkiyənin 3 klubu “Səbail”in futbolçusu ilə MARAQLANIR

Türkiyənin 3 klubu “Səbail”in futbolçusu ilə MARAQLANIR

Hazırda oxunan: Türkiyənin 3 klubu “Səbail”in futbolçusu ilə MARAQLANIR

259357

“Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadənin karyerasını Türkiyədə davam etdirmək ehtimalı böyükdür. 

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, həmin ölkənin 3 klubu 24 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Hər üç komanda I Liqa təmsilçisidir. Belə ki, əvvəlcə “Keçiörengücü” və “Boluspor”, ardınca isə “Ərzurumspor” gənclər millimizin sabiq üzvünə elçi düşüb.
 

Türkiyə klubları Abdullazadənin son iki mövsümdəki çıxışından məmnun qalıblar. O, bu müddət ərzində ümumilikdə 75 oyunda 15 qol vurub, 14 məhsuldar ötürmə verib.


“Səbail” Premyer Liqanı tərk etdiyindən, Rüfət özü də komandasını dəyişməyi düşünür. Futbolçu legioner həyatı yaşamağın əleyhinə deyil. Onun “Səbail”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO