Mineral su, limonad, yoxsa çay? - İsti havada susuzluğu yatırmaq üçün ən yaxşı içkilər

Mineral su, limonad, yoxsa çay? - İsti havada susuzluğu yatırmaq üçün ən yaxşı içkilər

Hazırda oxunan: Mineral su, limonad, yoxsa çay? - İsti havada susuzluğu yatırmaq üçün ən yaxşı içkilər

259331

Yayın istisi qarşımıza vacib bir sual qoyur: susuzluğu effektiv şəkildə yatırmaq və orqanizmə zərər verməmək üçün nə içmək yaxşıdır? Bu problem xüsusilə havanın temperaturu 30 dərəcədən yuxarı qalxdıqda aktuallaşır.

Bizim.Media kp.ru-ya istinadla xəbər verir ki, rusiyalı dietoloq Yuliya Çexonina yayda yaxşı hiss etmək üçün ən təsirli içkiləri sadalayıb.

Onun sözlərinə görə, bu şəraitdə mineral su tərkibindəki minerallara görə adi sudan daha üstündür.

"Yayda istiyə və fiziki fəallığa görə biz yalnız maye deyil, həm də vacib mineralları itiririk. Mineral su bu balansı bərpa etməyə kömək edir və baldır əzələlərində spazmların qarşısını alır", - deyə həkim bildirib.
 

Dietoloqun yayda içməyi tövsiyə etdiyi digər içkilər arasında nanə və reyhanla hazırlanan ev limonadı, qatıq və ayran kimi içkilər, eləcə də təbii meyvə kompotları yer alır.


"Bu içkilər təkcə susuzluğu yatırmır, həm də bədənin maye balansını qorumağa kömək edir. Lakin fərdi əks göstərişlər mütləq nəzərə alınmalıdır", - deyə o izah edib.

Həkim qara və yaşıl çayların da susuzluğu yatırtmaq üçün optimal seçim olduğunu deyib.

"Onlar otaq temperaturunda və ya bir qədər soyudulmuş halda içilməlidir - nə isti, nə də buz kimi soyuq. Belə içki yüngül tonusverici təsir də göstərir", - deyə ekspert əlavə edib.

Çexoninanın sözlərinə görə, isti havalarda qəhvədən isə imtina etmək daha yaxşıdır.

"Bu içki susuzluğu daha da artırmaqla yanaşı, əlavə maye itkisinə səbəb ola bilər", - deyə dietoloq izah edib. (Oxu.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO