Polşa Prezidenti Ukrayna və Qərbi HƏDƏLƏDİ: “Kiyevə yardımı paraşütlə atın!” – VİDEO

Polşa Prezidenti Ukrayna və Qərbi HƏDƏLƏDİ: “Kiyevə yardımı paraşütlə atın!” – VİDEO

Hazırda oxunan: Polşa Prezidenti Ukrayna və Qərbi HƏDƏLƏDİ: “Kiyevə yardımı paraşütlə atın!” – VİDEO

259161

Polşa Prezidenti Anjey Duda Ukraynaya hərbi yardımın böyük hissəsinin keçdiyi Jeşuva aeroportunu bağlamaqla hədələyib.

Bizim.Media xəbər verir ki, bu barədə Duda “Otwarta Konserwa” nəşrinə müsahibəsində deyib.

O bildiirb ki, Kiyev və onun Qərb müttəfiqləri buranı öz mülkləri hesab etməyə davam edərsə, Polşa Jeşuva aeroportunu bağlaya bilər.
 

Duda Varşavanın Ukraynaya yardımın çatdırılmasının müzakirəsinə dəvət edilməməsindən narazılığını bildirib. O, Polşa infrastrukturunun müttəfiqlər tərəfindən sanki onlara məxsus olduğu kimi istifadə edildiyini və Kiyevə hərbi yardımın 95%-nin keçdiyi Jeşuva aeroportunun müvəqqəti olaraq təmirə bağlana biləcəyini bildirib:


"Düşünürəm ki, həm ukraynalılar, həm də müttəfiqlərimiz sadəcə Jeşuvadakı hava limanının və magistrallarımızın onlara məxsus olduğunu düşünürlər, sanki onlarındır. Bu, onların deyil, bizimdir. Əgər kiminsə xoşuna gəlmirsə, biz hava limanını bağlayıb təmirə başlayırıq. Bundan sonra Ukraynaya hərbi yardımı dənizlə, hava ilə çatdırın, paraşütlə atın. Bizə ehtiyacınız olmadığını düşünürsünüzsə, özünüz həll edin".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO