İlham Əliyevlə Paşinyan arasında görüş təkbətək davam edir - VİDEO

İlham Əliyevlə Paşinyan arasında görüş təkbətək davam edir - VİDEO

Hazırda oxunan: İlham Əliyevlə Paşinyan arasında görüş təkbətək davam edir - VİDEO

259158

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlanıb.

Bizim.Media xəbər verir ki, iki saatdan çox davam edən görüşün ilk hissəsində nümayəndə heyətləri iştirak edib.

Lakin hazırda hər iki ölkənin liderləri görüşü təkbətək formatda davam etdirirlər, nümayəndə heyətləri zalı tərk edib.

Qeyd edək ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında təkbətək dialoq sülh prosesinin növbəti mərhələsinə keçid baxımından xüsusilə diqqət çəkir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO