"Ona ehtiyacım var, barışmaq istəyirəm"

"Ona ehtiyacım var, barışmaq istəyirəm"

Hazırda oxunan: "Ona ehtiyacım var, barışmaq istəyirəm"

259112

Aparıcı Elgiz Əkbər küsülü olduğu müğənnidən danışıb.

Bizim.Media axşam.az-a istinadla xəbər verir ki, o, "Elgizlə izlə" verilişində həmin şəxsin adını çəkməsə də, onunla barışmaq istədiyini bildirib:

"Mən onu çox sevirəm.

Onunla barışmaq istəyirəm. Çünki ifasından xoşum gəlir. İndi aramız bir az dəyib. Mənim 15 tanışım varsa, hardansa onların nömrəsini tapıb, mənə zəng etdirirdi. Həmin vaxtlarda da yeni səhnəyə çıxmağa başlamışdı. Deyirdim ki, gəlsin. Özünün də istedadı var. 

Reklam qazanandan sonra tədbirlərin birində pilləkənlərdə onunla rastlaşdım, salam verdi və getdi. İstəyirdim ki, hal-əhval tutum. Artıq onun mənə ehtiyacı yoxdur, hətta heç kimə yoxdur. Amma mənim ona ehtiyacım var, həyata baxın. Çünki seviləndir, insanlar onu çox istəyir, ifaları maraqlıdır, reytinqlidir. Baxın, həyat budur".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO