“Milan” Almaniya klubunun hücumçusunu transfer etmək İSTƏYİR

“Milan” Almaniya klubunun hücumçusunu transfer etmək İSTƏYİR

Hazırda oxunan: “Milan” Almaniya klubunun hücumçusunu transfer etmək İSTƏYİR

259097

"Bayer"in hücumçusu Viktor Bonifase karyerasını İtaliyada davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Milan" nigeriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Bayer" oyunçusunu satmağın əleyhinə deyil. Almaniya klubu 24 yaşlı forvard üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, "Bayer" Viktor Bonifaseni 2023-cü ilin yayında "Union Sen Jilluaz"dan transfer edib. Nigeriya millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO