Avropa İttifaqı Ukraynanın müdafiə sektorunun maliyyələşdirilməsi fondu yaratmaq məqsədilə Kiyevə 100 milyard avro ayırmağı nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, “Bloomberg” agentliyinin mənbələrinin məlumatına görə, maliyyə yardımı Avropa İttifaqının növbəti yeddiillik büdcəsi üçün bu ayın sonunda Brüssel tərəfindən təqdim ediləcək təklifin bir hissəsi ola bilər. Üzv dövlətlər tərəfindən qəbul ediləcəyi təqdirdə, maliyyə yardımı 2028-ci ildən ödənilməyə başlanacaq.
Qeyd edək ki, yeni maliyyələşdirmə sazişi Avropa Komissiyasının Ukraynaya qrantlar və aşağı faizli kreditlər vasitəsilə yardım göstərdiyi mövcud model əsasında həyata keçiriləcək. Ödənişlərin əksəriyyəti Kiyevin Avropa İttifaqına üzvlüyü üçün tələb olunan islahatlarla bağlıdır.
Ekspertlərin sözlərinə görə, bu addım Ukraynaya dəstək yükünü ABŞ-ın deyil, Avropanın üzərinə atacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:47 / 09.07.2025
Avropa İttifaqı Ukraynaya 100 milyard avro ayıracaq
Hazırda oxunan: Avropa İttifaqı Ukraynaya 100 milyard avro ayıracaq
Hazırda oxunan: Avropa İttifaqı Ukraynaya 100 milyard avro ayıracaq
259007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.