Həmkarından Ofelyaya İRAD: “Hamının əri var, bunu efirdə danışmaq mənasızdır” - VİDEO

Həmkarından Ofelyaya İRAD: “Hamının əri var, bunu efirdə danışmaq mənasızdır” - VİDEO

Hazırda oxunan: Həmkarından Ofelyaya İRAD: “Hamının əri var, bunu efirdə danışmaq mənasızdır” - VİDEO

258901

Müğənni Arzu Mirzəyeva həmkarı Ofelya Şabanovanı tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng”də danışıb.

Arzu Ofelyanın əri ilə bağlı açıqlamalarına irad bildirib:
 

“Həyat yoldaşım mənim başımın tacıdır, corabını yuyuram. Amma onu efirdə danışmaq mənasızdır. Çox qabardılmış bir şeydir. Texnika inkişaf edib, paltaryuyan maşın var. Həyat yoldaşım “ayağımı yu” desə, “baş üstə” deyərəm. Elə şeylərə icazə vermir, amma istəsə, niyə də yox?


Əgər həyat yoldaşındırsa, etməlisən. Amma bunu deməməlisən. Efirdə deməyin nə mənası var? Hamının həyat yoldaşı var, hamı həyat yoldaşının corabını yuyub, dırnağını kəsir. Bunu hər dəfə efirdə danışmaq... Ofelyayla qarşılaşmamışam, görsəm, özünə öz fikrimi deyərəm. Başa düşürəm, sevirsən”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO