Makron ailəsində yeni qalmaqal: Brijit yenə də ərini alçaltdı – ANBAAN VİDEO

Makron ailəsində yeni qalmaqal: Brijit yenə də ərini alçaltdı – ANBAAN VİDEO

Hazırda oxunan: Makron ailəsində yeni qalmaqal: Brijit yenə də ərini alçaltdı – ANBAAN VİDEO

258851

Fransa prezidenti Emmanuel Makron ilə həyat yoldaşı Brijit arasında yenidən açıq qarşıdurma baş verib.

Bizim.Media xəbər verir ki, bu dəfə mübahisə təyyarədən enərkən yaşanıb. Jurnalistlərin və protokol nümayəndələrinin gözü qarşısında Brijit ərinın əlini tutmaqdan imtina edib və "kişi kimi" təkbaşına təyyarə trapından enib.
 

Bu, onların ictimaiyyət qarşısında ilk belə qalmaqalı deyil. Əvvəllər də Brijit prezidentin üzünə sillə vurması ilə medianın gündəmini zəbt etmişdi. O hadisə zamanı prezidentin tərəddüdsüz şəkildə geri çəkilməsi və hadisəyə soyuqqanlı yanaşması Fransada uzun müddət müzakirə mövzusu olmuşdu.


Fransız mətbuatı yazır ki, bu cür davranışlar artıq ailə daxilindəki soyuqluğun və qarşılıqlı gərginliyin əlamətinə çevrilib. Siyasi analitiklər isə hesab edirlər ki, Makronun şəxsi həyatındakı qeyri-sabitlik onun ictimai nüfuzuna və lider imicinə zərər vura bilər.

Birinci xanımın son hərəkəti isə sosial şəbəkələrdə ironiya və tənqid dalğasına səbəb olub.

Bəziləri bunu "səssiz üsyan", bəziləri isə "ictimai tərbiyəsizlik" adlandırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO