Kürdəmirdə tanışını bıçaqlayan şəxslər həbs edildi

Kürdəmirdə tanışını bıçaqlayan şəxslər həbs edildi

Hazırda oxunan: Kürdəmirdə tanışını bıçaqlayan şəxslər həbs edildi

25879

İyunun 18-i Kürdəmir rayonu ərazisində Yaşar Baxşıyevin xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Kürdəmir Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışları Xəyal Heydərov və Tural Cəbrayıllının şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Yaşar Baxşıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Polisə zor tətbiq edən restoran sahibi həbs olundu – DİN-dən AÇIQLAMA 


Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.5-ci ( tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Xəyal Heydərov və Tural Cəbrayıllı qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO