“WhatsApp”da mesaj pəncərəsi tamamilə dəyişdi - Artıq belə görünəcək

“WhatsApp”da mesaj pəncərəsi tamamilə dəyişdi - Artıq belə görünəcək

Hazırda oxunan: “WhatsApp”da mesaj pəncərəsi tamamilə dəyişdi - Artıq belə görünəcək

258752

“WhatsApp” qrup söhbətlərini daha praktik etmək üçün yeni funksiyanı istifadəyə verib.

Bizim.Media xəbər verir ki, yenilik “WhatsApp”ın beta verisyasında müşahidə edilib.

Yeni funksiya həm təkbətək, həm də qrup söhbətlərində işləyir. “WhatsApp”ın yeni funksiyası sayəsində konkret mesaja verilən bütün cavablar bir başlıq altında qeyd olunacaq. Beləliklə, istifadəçilər qrup söhbətlərində neçə nəfərin mesaja cavab verdiyini və nə yazıldığını asanlıqla müşahidə edə biləcəklər.

Bundan əlavə, mesajın altındakı cavabların sayı rəqəmlə göstəriləcək. Beləliklə, istifadəçilər əvvəlcə cavabların sayına baxa, daha sonra lazım gələrsə detalları araşdıra biləcəklər. Məlumata görə, sistemin əsas məqsədi çatlarda və ya dağınıq söhbətlərdə cavabları daha asan izləyə bilməkdir. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO