Kəlbəcərdə avtomobil aşdı – 3 nəfər xəsarət aldı

Kəlbəcərdə avtomobil aşdı – 3 nəfər xəsarət aldı

Hazırda oxunan: Kəlbəcərdə avtomobil aşdı – 3 nəfər xəsarət aldı

258746

Kəlbəcərdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisə baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun İstisu qəsəbəsində “UAZ” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü, 1980-ci il təvəllüdlü X. Quliyev və avtomobilin sərnişinləri -  1988-ci il təvəllüdlü E. Həsənov və 2000-ci il təvəllüdlü V. Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO