Albalı və gilas bahalaşdı - QİYMƏTLƏR

Albalı və gilas bahalaşdı - QİYMƏTLƏR

Hazırda oxunan: Albalı və gilas bahalaşdı - QİYMƏTLƏR

258707

Meyvə bazarında bolluq var, qymətlər isə əl yandırır.

Bizim.Media xəbər verir ki, əriyin kiloqramı 2-3 manat, gilasın kilosu 10-15 manatdır.
 

Məhsulun görünüşü yaxşı olduqda isə qiyməti daha da yüksəlir. Satıcılar da qiymətlərin baha olduğunu etiraf edirlər. Məhsul İrandan gəlir, qutardıqca daha da bahalaşır.


Alıcılar bu il bazarda qiymətlərin daha baha olduğunu bildirirlər. Elə bu səbəbdən də alıcıların sayında azalma var.

Rayonlarda isə məhsul bol olduğu üçün qiyməti də münasibdir. Ərik, şaftalı 1.5- 2 manat, gilas 5 manata bazara gedir, öküzürəyi isə bu il bir az ucuzdur .

Araşdırma zamanı məlum oldu ki, hazırda bazara şaftalı, moruq, gec yetişən alça növü, moruq gətirilir. Bu məhsulların yerində alışı 60 qəpikdən 2 manata qədər dəyişsə də, paytaxt bazarında minimum 2.50-dən satılır. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO