Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - Video

Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - Video

Hazırda oxunan: Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - Video

258637

“Gəzi Parkı” hadisələri ilə bağlı saxlanılan menecer Ayşe Barım bu gün ilk dəfə hakim qarşısına çıxıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, prodüserin şirkəti ilə əməkdaşlıq edən Serenay Sarıkaya, Merve Dizdar, Hande Erçel, Halit Ergenç, Bergüzar Korel, Metin Akdülger, Zerrin Tekindor, Ezgi Mola, Selma Ergeç, Hakan Kurtaş, Birce Akalay kimi məşhurlar onu dəstəkləmək üçün məhkəməyə axın edib.

A. Barımın hədsiz arıqladığını görən H. Erçellə S. Sarıkaya göz yaşlarını saxlaya bilməyib.

A.Barımın ürəyində və beynində ümumilikdə 9 fərqli ciddi xəstəliyinin olduğu, həbsxanada həyatı üçün təhlükə yaradan sağlamlıq problemləri ilə mübarizə apardığı bildirilib. O, son 6 ayda səhhətindəki problemlərə görə həbsxanada bir neçə dəfə huşunu itirib.
 

Prodüserin vəkilləri onun “qəfil ölüm riski” səbəbilə azadlığa buraxılmasını istəyib. Lakin məhkəmə bu tələbi rədd edib.


Məhkəmə A.Barımı lazımi analizlər üçün Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına sövq edib. Hesabatda Barımın həbsxanada qalmasının birbaşa onun həyatını təhlükə altına aldığı ortaya çıxıb.

A.Barıma 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilib.

Qeyd edək ki, menecerin “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib. Bu ilin yanvar ayında “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd” ittihamı ilə həbs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO