Aşura günü 2 mindən çox könüllü QAN VERDİ

Aşura günü 2 mindən çox könüllü QAN VERDİ

Hazırda oxunan: Aşura günü 2 mindən çox könüllü QAN VERDİ

258351

Azərbaycanda Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası yekunlaşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Aşura günündə ümumilikdə 2 min 696 nəfər könüllü qan verib. Həmin şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.

Qeyd edək ki, aksiya qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib.

Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO